Dünənki partlayışda ölən qadının FOTOsu – Azyaşlı qızı dağıntılar altında qalıbbackend

Dünənki partlayışda ölən qadının FOTOsu – Azyaşlı qızı dağıntılar altında qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda ölən şəxs 33 yaşlı qadındır.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, dağıntılar altından 1988-ci il təvəllüdlü Aytən Musayevanın cəsədi tapılıb.

Onun digər ailə üzvləri – əri Vüsal Musayev və 12 yaşlı oğlu Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Hazırda A.Musayevanın digər azyaşlı qızının axtarışları davam etdirilir.

Qeyd edək ki, dağıntılar altından 6 nəfər çıxarılıb.