Dünya 9 may gözləntisində donub qalıb…backend

Dünya 9 may gözləntisində donub qalıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Putin “dünya nasisləri”nə müharibə elan edəcəkmi?
Moskva uzun illərdən bəri ən tutqun Qələbə gününü qeyd etməyə hazırlaşır. Putin Rusiyasının başlıca bayramı büsbütün əcnəbi liderlərin iştirakı olmadan, əvəzində MİQ 29 təyyarələrindən səmada düzənlənən nəhəng “Z” hərfi və nasizmə qalib gələn ölkənin öz yaxın qonşusunu düçar etdiyi dərd, ölüm və dağıntılar fonunda keçəcək.
Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşrində dərc edilən analitik məqalədə deyilir.
Qərb analitikləri deyir ki, Kiyevdən şərəfsizcəsinə geri çəkiləndən sonra Putin bu tarixdə öz elektoratına qələbəyə bənzər nəsə təqdim etməyə cəhd göstərəcək.
“Bu ona təsir edə bilər ki, onlar bu tarix ərəfəsində əməliyyatları nə qədər sürətlə və qətiyyətlə keçirməyə cəhd edəcək”, – bunu Böyük Britaniyanın müdafiə nazirliyinin nümayəndələri deyib.
ABŞ- dakı müharibələrin öyrənilməsi İnstitutu (ISW) özünün bu yaxınlardakı münaqişənin dəyərləndirməsində bəyan edib ki, Rusiya qüvvələri Ukraynanın şərqində daha miqyaslı hücum üçün maddi- texniki və komanda- nəzarət imkanlarını artırmaqda davam edir.
Lakin Donbasdakı vəziyyət bunun mütləq belə alınmasını göstərmir: düşmən ordusunun mövqeləri, deyəsən, dalana dirənib, müharibənin gedişini dəyişə və həlledici qələbə əldə etməyə qadir deyil. Bu arada zaman Ukrayna tərəfinin xeyrinə işləyir, ölkə Qərb müttəfiqlərindən yeni- yeni silahlar almaqda davam edir. Rusiya XİN naziri Sergey Lavrov 9 mayı Rusiya tərəfindən Ukraynadakı “xüsusi əməliyyatın” rəmzi tarixi kimi müəyyən etməsini inkar edir.
“Bizim əsgərlərimiz öz hərəkətlərini konkret tarixə əsaslandırmayacaq, – bunu o, İtaliya televiziyasına verdiyi müsahibəsində deyib. – Biz öz qələbəmizi təntənəli şəkildə qeyd edəcəyik, lakin Ukraynada baş verənlərin zamanı və surəti mülki əhali və Rusiya əsgərləri üçün risklərin minimuma endirilməsi zərurətindən asılı olacaq”.
Əslində Kremlin bu əlamətdar tarixdə heç olmasa rəmzi qələbə kimi təqdim etməyə bir şeyi yoxdur. Ona görə yox ki bunu istəmir, ona görə ki, buna imkanı yoxdur.
9 may tarixi ölkə ictimaiyyəti qarşısında yaxşı görsənmək, bədxahları qorxutmaq və diktatoru müdafiə etmək üçün yaradılıb, həm də bu və ya digər tarixi epoxadan aslı olaraq. 1945- ci ildə ölkə iqtisadiyyatı dağılan zaman sovet adamları kədər içində olub, müharibə haqqında xatırlamaq ağrılı idi və parçalanmaya səbəb ola bilərdi. Müharibə haqqında xatirənin sovet və sonrada Rusiya vətənpərvərliyinin əsas amili olması üçün ən azı 20 il lazım oldu. Stalinin zamanında bu müharibədə qələbə onun lider kimi dahiliyi nöqteyi- nəzərindən bayram edilib. 1953- cü ildə Stalinin ölümündən sonra onun varisi Nikita Xruşşov Stalinə şəxsiyyətə pərəstişin bir çox aspektlərini, o cümlədən onun böyük sərkərdə kimi nüfuzunu dağıtmaya başlayıb.
Yalnız 1960- cı ilin ortalarında Sovet İttifaqı ikinci dünya müharibəsində qələbəni fəal surətdə qeyd etməyə başlayıb. 1965- ci ildə 9 may milli bayrama çevrilib. Müharibədən dərhal sonra insanların keçirdiyi yoxsulluq zəifləyib, orta və yaşlı veteranlar qəhrəmana çevrilib.
Rusiyanın ərazi və siyasi ambisiyalarının onun dünya birliyi tərəfindən tanınmış sərhədlərində bitmədiyini hesab edən Putin üçün 9 may ilk növbədə həm onun rejimini, həm də hərbi avantüralarını legitimləşdirən imperiya böyüklüyü bayramıdır. İmperiyanı qoruyub saxlamaq və ya geri qaytarmaq üçün başqa dövlətləri cəlb etmək məqsədilə dostcasına münasibətlər olmadığına görə Rusiyaya güclü ordu lazımdır. 9 may müharibəni keçənlərin varisləri üçün nə qədər mühüm tarix olsa da, Putin rejimi üçün ilk növbədə silahlarla hədə- qorxu gəlmək imkanı deməkdir.
Ona görə də, həmişə olduğu kimi, 9 may günü güc nümayişi, amma boş bir nümayiş olacaq.
Şərhçilər yazır ki, 9 mayda “qələbə” mümkün olmasa da, həmin gün qüvvələrin daha geniş səfərbər olması üçün “istinad nöqtəsi” kimi istifadə edilə bilər. Bununla bağlı Böyük Britaniyanın müdafiə naziri Benn Uolles bu yaxınlarda bəyan edib ki, Putinin Ukrayna müharibəsində məqsədlərinin əksəriyyəti iflasa uğradığından “dünya nasistlərinə” müharibə elan edə bilər.
“Əgər mayın 9- da Putin “biz hazırda dünya nasistləri ilə müharibə vəziyyətindəyik və biz rus xalqını kütləvi şəkildə səfərbər etməliyik” bəyanatı versə, mən buna təəccüb etmərəm”, – britaniyalı nazir belə deyib.
İkinci mümkün variant ondan ibarətdir ki, Rusiya KİV- lərinin tam nəzarətdə olduğu şəraitdə Putin gerçəkdən çox uzaq olsa da, “qələbə” elan edə bilər. Bu, haradasa, Mariupolda baş verənlərə bənzəyir: Rusiya MN rəhbəri Sergey Şoyqu elan edir ki, şəhər Rusiya nəzarətinə keçib, Mariupol merinin müavini Sergey Orlov isə deyir ki, Ukrayna döyüşçüləri şəhəri müdafiə etməkdə davam edir. Ukrayna döyüşçülərinin “Azovpolad” mettalurgiya zavodunun içərisində olması Rusiya rəhbərlıiyinə “qələbə” haqqında bəyan etməyə mane olmayıb.