Dünya aclıq təhlükəsi ilə üz-üzəbackend

Dünya aclıq təhlükəsi ilə üz-üzə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Ərzaq Proqramı (WFP) xəbərdarlıq edir ki, Ukraynadakı humanitar böhran dünyanın bir sıra regionlarında ciddi ərzaq çatışmazlığı təhlükəsi yaradır.

Bu barədə Editor.az “Qolos Amerika”ya istinadən xəbər verir.

Belə ki, Rusiyanın Ukraynaya müdaxiləsi milyonlarla ukraynalını evlərini tərk etməyə, bomba sığınacaqlarında gizlənməyə, qida və su çatışmazlığına səbəb olub.

Dünya Ərzaq Proqramının Ukraynadakı fövqəladə hallar üzrə koordinatoru Jakob Kern deyir ki, müharibə çoxlu insanı aclıq həddinə çatdırıb. O hesab edir ki, Ukrayna kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olduğundan, bu ölkədə, həm də bütün dünyada ərzaq təhlükəsizliyini təhdid edir.

Kernin sözlərinə görə, ərzaq və yanacağın qiymətləri durmadan qalxır. Bu, həm Ukraynada, həm də Yaxın Şərq və Şimali Afrikanın xüsusilə həssas ölkələrində milyonlarla insan üçün aclıq təhlükəsi yaradır.

“Ukraynadakı müharibənin nəticələri başqa ölkələrə də yayılır və bütün dünyada paralel aclıq dalğası təhlükəsi yaradır. Dünya buğda ticarətinin təxminən 30%-i təkcə Rusiya və Ukraynanın payına düşür. İndi bu çatdırılmalar dayandırılıb. Ukrayna dünyada buğda istehsal edən və ixrac edən beşinci ən böyük ölkədir. Bu gün Misir buğdanın 80%-dən çoxunu, Livan isə 50%-dən çoxunu Ukraynadan idxal edir. Ukrayna buğdasından asılı olan bu və digər ölkələr, məsələn, Tunis, Əlcəzair və Yəmən başqa mənbələr axtarmalı olacaq ki, bu da qiymətlərin daha da artmasına səbəb olacaq.

Beləliklə, baş verənlərin ciddi nəticələri olacaqı qaçılmazdır”, – Kern bildirib.

Editor.az