“Dünya azərbaycanlılarının həmrəyliyi dövlət siyasətinin əsas prioritetlərindəndir”- Elmar Məmmədovbackend

“Dünya azərbaycanlılarının həmrəyliyi dövlət siyasətinin əsas prioritetlərindəndir”- Elmar Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa ünvanladığı təbrik müraciətində dünya azərbaycanlılarının birliyinin və vətənlə bağlılığının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan dövləti üçün dəyərlidir və milli həmrəylik ölkənin gücünün əsas sütunlarından biridir”.

Bu sözləri Editor.az-a açıqlamasında “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov deyib. Onun sözlərinə görə, dövlət başçısı dəfələrlə bəyan edib ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycan dövləti üçün dəyərlidir və milli həmrəylik ölkənin gücünün əsas sütunlarından biridir.

Elmar Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev öz çıxışları və ardıcıl siyasəti ilə yalnız ölkə daxilində yaşayan təxminən 10 milyon vətəndaşın deyil, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlının Prezidenti olduğunu nümayiş etdirir.

Onun sözlərinə görə, Prezidentin əsas mesajı ondan ibarətdir ki, hər bir azərbaycanlı yaşadığı ölkədən asılı olmayaraq Vətəninə bağlı olmalı, milli maraqlar ətrafında birləşməlidir. Dövlət başçısının təşəbbüsləri nəticəsində diaspor təşkilatlarının fəaliyyəti gücləndirilib, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib.

Məmmədov bildirib ki, bu siyasət nəticəsində xarici ölkələrdə, o cümlədən Ukraynada Azərbaycan mədəniyyətinin, tarixinin və milli dəyərlərinin təbliği istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu tədbirlər soydaşlarımız tərəfindən böyük maraqla qarşılanır və onların milli kimliyə bağlılığını daha da gücləndirir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin dünya azərbaycanlılarına ünvanlanan bu dəstək və birlik çağırışları müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın qəlbində güclü əks-səda doğurur və milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.

//Gülnarə Abasova, Editor.az