Dünya Bankı Əfqanıstanın inkişafı üçün nəzərdə tutulan dörd layihəni maliyyələşdirməyi dayandırıbbackend

Dünya Bankı Əfqanıstanın inkişafı üçün nəzərdə tutulan dörd layihəni maliyyələşdirməyi dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı Əfqanıstanın inkişafı üçün nəzərdə tututlan dörd layihəni maliyyələşdirməyi dayandırıb.

Editor.az “BBC Türkçe” yə istinadən xəbər verir ki, maliyyəsi dayandırılan layihələr təhsilin, səhiyyənin və kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulurdu. Bu layihələrin həyata keçirilməsində məqsəd qadınlarla kişilər arasında bərabər hüquqluluğu təmin etmək idi. Layihələrdən qadınların daha çox faydalanması nəzərdə tutulurdu.

Qeyd edək ki, Taliban hakimiyyətə yiyələndikdən sonra qadınların bir çox hüquqlarını məhdudlaşdırdı. Məhdudlaşdırılan hüuqlardan biri də qız uşaqlarının orta məktəbə getməsini qadağan etmələri oldu. Taliban rəsmiləri yalnız şəriət qanunlarına və əfqan adətlərinə uyğun məktəbli formasının, təhsil sisteminin formalaşmasından sonra qızların məktəbə gedə biləcəklərini açıqlayıb. Zaman-zaman Əfqanıstan Təhsil Nazirliyinin qarşısında aksiyalar keçirilsə də hələ də məktəblər açılmayıb.

//Editor.az