Müharibə səbəbindən Ukrayna iqtisadiyyatının bu il 45 faiz kiçiləcəyi açıqlanıb.
Editor.az “BBC”yə istinadən xəbər verir ki, Dünya Bankının vitse-prezidenti Anna Bjerde bu barədə məlumat verib. Onun sözlərinə görə, Ukraynanın ayaqda qalması üçün dərhal kütləvi maliyyə dəstəyə ehtiyacı var.
Dünya Bankı işğaldan sonra Ukraynaya təxminən 1 milyard dollar yardım etdi və yaxın aylarda əlavə 2 milyard dollar yardım da vəd edib. Ukrayna dünyanın aparıcı günəbaxan yağı və buğda ixracatçılarından biridir. Lakin fevralın 24-də Rusiyanın bu ölkəyə hücumu Ukraynanın günəbaxan yağı və buğda ixracını da kəskin azaldıb.
Rusiya işğalına qədər Ukraynanın əhalisi təxminən 44 milyon idi. Müharibə səbəbindən ukraynalıların təxminən 25 faizi evlərini tərk etməli olub.
Digər tərəfdən, Dünya Bankı sanksiyalara görə, Rusiya iqtisadiyyatının bu il böyük ehtimalla 11,2 faiz kiçiləcəyini də açıqlayıb.
Bu il dərin böhrana giriləcəyi proqnozlaşdıran digər ölkələrə Belarus, Qırğızıstan, Moldova və Tacikistan daxildir.
Eyni zamanda, təxminlərə görə Rusiya-Ukrayna böhranı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə COVİD-19 pandemiyasından daha çox iqtisadi ziyan vuracaq.
//Gülnarə Abasova, Editor.az

