Dünya Bankı Ukraynaya əlavə 610 milyon dollar yardım paketini təsdiqləyibbackend

Dünya Bankı Ukraynaya əlavə 610 milyon dollar yardım paketini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı Ukraynada təcili yardım və bərpa ehtiyaclarını həll etmək üçün ümumi məbləği 610 milyon dollar olan əlavə maliyyə paketini təsdiqləyib. Editor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Paketə Böyük Britaniya zəmanəti ilə Dünya Bankının Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından əlavə 500 milyon dollar kredit daxildir.

Bundan əlavə, paket, tibbi yardıma əlçatanlığı bərpa etmək və yaxşılaşdırmaq, eyni zamanda müharibə ilə bağlı tibbi xidmətlərə olan ehtiyacları ödəmək üçün yeni layihəni əhatə edir.

Xatırladaq ki, dekabrın 16-da Dünya Bankı Ukrayna hökumətinə hazırkı müharibə şəraitində dövlətin kritik ehtiyaclarını ödəməyə yönəlmiş tədbirlərin həyata keçirilməsində dəstək olmaq üçün çoxtərəfli dəstək fondunun yaradılmasını elan edib.

//Samir Qurbanov, Editor.az