Dünya Bankı quraqlıq və böhrandan əzab çəkən Somaliyə 143 milyon dollarlıq kredit ayırıb. Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının Somali üzrə direktoru Kristina Svensson bildirib. O qeyd edib ki, bu yardım 500 milyon ailəyə çatdırılacaq.
Xatırladaq ki, Dünya Bankı 2020-ci ildə Somaliyə 55 milyon dollar yardım ayırmışdı. 1990-cı ildən iqlim dəyişiklikləri ilə əlaqədar ölkə düşdüyü çətin iqtisadi böhrandan heç cür çıxa bilmir. Bundan əlavə bu illər ərzində Somalidə daşqın və quraqlıq kimi 30-dan çox təbii fəlakət baş verib.
Somali hökuməti artan quraqlıq səbəbindən 23 noyabr 2021-ci ildə ölkə daxilində fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Somalidəki humanitar böhranla bağlı beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

