Dünya Bankının prezidenti Malpass: “Ukraynadakı müharibə qlobal iqtisadi artımı zəiflədəcək”backend

Dünya Bankının prezidenti Malpass: “Ukraynadakı müharibə qlobal iqtisadi artımı zəiflədəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynadakı müharibə dünya üçün pis vaxtda, inflyasiyanın artdığı bir vaxtda baş verdi”.

Editor.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Dünya Bankının prezidenti Devid Malpass BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə qlobal iqtisadi artımı zəiflədəcək:

“Ən böyük narahatlıqlar müharibənin səbəb olduğu ölümlərdir. Müharibənin iqtisadi təsirləri Ukraynanın hüdudlarından çox uzaqlarda hiss ediləcək, yüksələn enerji qiymətləri və inflyasiyanın ən çox yoxsulları təsir edəcək. Ərzaq qiymətlərinin artması, xüsusən də yoxsul ölkələrdə yaşayan insanlar üçün böyük problemdir”.

//Gülnarə Abasova, Editor.az