Bu gün Şimali Kipr Türk Respublikasının nüfuzlu ali təhsil ocaqlarından olan Dünya Barış Universitetinin rektor vəkili Doç. Dr. Behiye Çavuşoğlu ASGA sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasovu və ŞKTC-nin Azərbaycan Diaspor Mərkəzinin İdarə Heyətinin sədri Raul Dinyevi qəbul edib. Görüş zamanı S.Abbasov ŞKTC-də Qarabağla bağlı reallaşacaq ilk tədbir barədə məlumat verib. S.Abbasov, eyni zamanda, DBU kimi sağlam, perspektivli Universitetlərin Azərbaycanda tanıdılmasının önəmindən danışdı.
Doç. Dr. Behiye Çavuşoğlu isə öz növbəsində Universitet barədə geniş məlumat verib. B.Çavuşoğlu azərbaycanlı tələbələrə təhsil haqqı ilə bağlı yüksək endirimlərin olduğunu, Şəhid ailələrinin övladlarına isə təhsilin pulsuz olduğunu qeyd edib.
Məlumat üçün qeyd edək ki, Səbuhi Abbasov ASGA sədri olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşan “Qarabağda milli-mədəni irs” adlı layihə çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətində rəsmi səfərdədir.