Dünya bazarında neftin qiyməti düşməkdə davam edirbackend

Dünya bazarında neftin qiyməti düşməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftin qiyməti düşməkdə davam edir. Bazar ertəsi Londonun ICE Futures birjasında “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti bir barel üçün 80,61 dollar təşkil edir.

Editor.az“Investing”in məlumatına istinadən bildirir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda dekabr ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti 0,79 dollar (1,02%) ucuzlaşaraq bir barelə görə 76,38 dollar təşkil edib.

Əvvəlki ticarətin nəticələrinə əsasən, bu müqavilələrin dəyəri 1,43 dollar (1,9%) artaraq bir barel üçün 77,17 dollar olub. Bakı vaxtilə saat 11.00-a olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 80,62 dollar təşkil edib. Noyabrın 13-də Bakı vaxtı ilə saat 10:11-ə WTI markalı neftin bir barelinin qiyməti 76,414 dollara düşüb.

//Samir Qurbanov, Editor.az