Dünya bazarında taxılın qiyməti bahalaşır?- İqtisadçı ekspert ŞƏRH EDİRbackend

Dünya bazarında taxılın qiyməti bahalaşır?- İqtisadçı ekspert ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 12 ayda Taxıl Sazişi qüvvəyə mindikdən sonra dünya bazarında taxıl qiymətlərində 30%-ə qədər ucuzlaşma müşahidə olundu. Daxili bazarlarda da un qiymətlərinin tədricən 25-30%-ə qədər azalma və çörək qiymətlərində enişin şahidi olduq”.

Bu fikirləri Editor.az-a iqtisadçı ekspert Xalid Kərimli 2022-ci ilin iyul ayında, BMT, Türkiyə, Ukrayna və Rusiya arasında imzalanan Taxıl Dəhlizi sazişinin rəsmi Moskva tərəfindən dayandırılmasının dünya bazarına təsirlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, dünya bazarında müşahidə edilən müsbət dəyişiklər yalnız həmin sazişlə əlaqəli deyil, eyni zamanda Amerika və Rusiyada taxılın məhsuldarlığının yaxşı olması ilə bağlıdır:

“Digər taxıl ölkələri də daha çox taxıl istehsal etdilər. Məhz bu səbəblər taxıl qiymətinin ucuzlaşmasına gətirib çıxartdı. Növbəti aylarda da ucuzlaşmanın olması gözlənilirdi. Amma sazişin dayandırılması onu deməyə əsas verir ki, qiymətlərdə azalma müşahidə olunmayacaq. Bu vahiməli bir durum deyil. Qiymətlər kəskin bahalaşmayacaq. 2022-ci ildə panika yaranmışdı ki, Ukrayna taxılı tam olaraq dünya bazarına çıxarılmayacaq. Amma hazırda həmin problem yoxdur. Rusiyanın məlumatına görə avropalı brokerlər məhsulları ucuz qiymətə alıb baha satırlar. Eyni zamanda, daha çox məhsul Avropa bazarına gedir və humanitar məqsəd daşımırdı. Lakin istənilən halda həmin sazişlə bazara çıxan məhsullar qiymətə müsbət təsir göstərirdi. Azərbaycan üçün də çörəyin qiyməti ilə bağlı təhlükə gözlənilmir “.

//Safura Bənnayeva, Editor.az