Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün qrupda son oyununu keçirəcəkbackend

Dünya çempionatı: Azərbaycan minifutbol millisi bu gün qrupda son oyununu keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma yer aldığı G qrupunda son matçına çıxacaq.

Millimiz sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gələcək. İlk iki görüşdə qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionuna növbəti raunda qrup birincisi kimi adlamaq üçün heç-heçə də kifayət edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

N Komandalar O Q H M T-F X
1 Azərbaycan 2 2 0 0 6-1 6
2 Misir 2 1 0 1 3-4 3
3 Küveyt 2 0 1 1 5-7 1
4 İraq