Dünya çempionatı: Azərbaycanın daha iki taekvondoçusu mübarizəyə başlayırbackend

Dünya çempionatı: Azərbaycanın daha iki taekvondoçusu mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində Omonjon Otajonov (Özbəkistan) – Brayan Qarrido Reyes (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) – Sarao Sançes (Puerto-Riko) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.