Dünya çempionatını açıq-saçıq geyimdə izləyən model həbs edilə bilər – FOTOLARbackend

Dünya çempionatını açıq-saçıq geyimdə izləyən model həbs edilə bilər – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiyanın məşhur modeli İvana Knoll Qətərdə keçirilən dünya çempionatında geyindiyi geyimə görə həbs oluna bilər.

Açıq-saçıq geyimi ilə gündəmə gələn və tənqidlərə məruz qalan model indi də həbs təhlükəsi ilə üzləşib.
“Goal England” yazır ki, Qətər qanunları qadınların göbəyini, çiyinlərini, dizlərini və sinəsini açmamasını tələb edir. Bu baxımdan Xorvatiyaya dəstək olmaq üçün Qətərə gedən xorvat gözəl geyim tərzinə görə problemlə üzləşəcək. Ən yaxşı ehtimalla, onun cərimə olunması gözlənilir.

Həbs cəzası gündəmə gələndən sonra xorvatlar 40 yaşlı modelə dəstək olublar. Qətərli izləyiciləri isə İvana sosial mediada tənqidi şərhlər yazıblar.

“Qətərdə qaydalara əməl etməlisiniz. Bu mədəniyyətə hörmətsizlikdir. Bura müsəlman ölkəsidir” tipli şərhlərdən sonra İvana bunları yazıb: “Bu, Dünya Kuboku bir fəlakətdir. Tarixin ən pis təşkil edilmiş dünya çempionatıdır”.

Bakupost
Dünya çempionatını açıq-saçıq geyimdə izləyən model həbs edilə bilər - FOTOLAR

Dünya çempionatını açıq-saçıq geyimdə izləyən model həbs edilə bilər - FOTOLAR

Dünya çempionatını açıq-saçıq geyimdə izləyən model həbs edilə bilər - FOTOLAR