Dünya çempionatının ən yaxşıları açıqlandıbackend

Dünya çempionatının ən yaxşıları açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bavariya”nın hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

Editor.az qol.az-a istinadən xəbər verir ki, ikinci yeri Meksikanın “Tiqres” komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. “Bavariya”nın müdafiəçisi Yozua Kimmix 3-cü olub.

Levandovski bu turnirdə 2 qol vurub, 1 qolun ötürməsini edib.

Qeyd edək ki, Qətərdə keçirilən klublararası dünya çempionatının finalında ötən gün “Bavariya” Meksikanın “Tiqres” klubuna 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.