“Dünya dövlətlərinin fəaliyyəti İsrailin addımlarına təsir göstərməyəcək”backend

“Dünya dövlətlərinin fəaliyyəti İsrailin addımlarına təsir göstərməyəcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail Qəzzada HƏMAS-ı məhv etməyənə qədər dayanmayacaq”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin münaqişəsi ilə bağlı şərh verərkən politoloq Fərhad Məmmədov deyib.

Politoloq bildirib ki, müharibədə İsrailin ən böyük dəstəkçisi ABŞ-dır:

“Belə olan halda dünya dövlətlərinin fəaliyyəti İsrailin addımlarına heç bir təsir göstərməyəcək. ABŞ İsrailin həyata keçirdiyi bütün tədbirləri dəstəkləyir və ona bəraət qazandırır. Beynəlxalq platformalarda da özünün veto hüququndan istifadə edərək İsrail üçün bütün şəraiti formalaşdırıb. Belə olan təqdirdə dünya dövlətləri yalnız postmüharibə dövrü Qəzzanın gələcək idarə edilməsi və Fələstin dövlətinin yaradılması ilə bağlı hazırlıq işləri görərlər. Müharibə ilə hamı barışıb. Müxtəlif dövlətlərin də müharibəyə qarşı həyata keçirdikləri addımlar simvolik məsələlərdir”.

//Səbinə Hüseynli, Editor.az