Dünya Kubokunda bürünc medal qazanmış idmançımız: “Nəticəmdən həm məşqçim, həm də özüm razı qaldım”backend

Dünya Kubokunda bürünc medal qazanmış idmançımız: “Nəticəmdən həm məşqçim, həm də özüm razı qaldım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsas odur ki, məşqçim çıxışımdan razı qaldı. Elə özüm də razı qaldım”.

Bunu “Report”a açıqlamasında batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova bürünc medal qazandığı Bakıdakı Dünya Kubokunda göstərdiyi nəticə ilə bağlı danışarkən deyib.

2022-ci ildə Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunda gümüş medal əldə edən 20 yaşlı idmançı eyni nəticəni təkrarlamamasının səbəbini yeni proqramda çıxış etməsində görüb:

“Yeni proqramımla yaxşı nəticə göstərdiyim üçün çox sevinirəm. Dünya Kubokunun üçüncüsü oldum. Düzdür, ötən il ikinci yeri tutmuşdum. Amma heç nə olmaz. Bu da yaxşı nəticədir. Əsas odur ki, medalçılar sırasındayam. Ötənilki nəticəni ən azı təkrarlamağıma yeni proqramda çıxış etməyim mane ola bilər. Buna görə həyəcan çox idi”.

O, hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu vurğulayıb:

“Bundan sonrakı hədəfim qarşıdakı Dünya Kuboku yarışlarında da medalçılar sırasına düşmək və ilin sonunda keçiriləcək dünya çempionatında olimpiadaya lisenziya qazanmaqdır”.

Qeyd edək ki, Selcan Mahsudova qadınların fərdi yarışında 52.910 göstərici ilə üçüncü yeri tutub.