Dünya liderləri zəng edib xahiş edirlər ki…, – Donald Trampbackend

Dünya liderləri zəng edib xahiş edirlər ki…, – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, dünya liderləri və biznes qiqantları ABŞ administrasiyasından rüsumları azaltmağı xahiş edirlər. Tramp həmçinin biznes ictimaiyyətini “Amerikaya gəlib Amerikada tikinti aparmağa” dəvət edib.

Editor.az bildirir ki, bu barədə ABŞ prezidenti “Truth” sosial şəbəkəsində yazıb: “Dünyanın ciddi olduğumuzu bildiyini görmək çox xoşdur, çünki biz ciddiyik! Onlar onilliklərin sui-istifadəsini geri almalıdırlar, lakin bu, onlar üçün asan olmayacaq”.

Qeyd edək ki, aprelin 3-də ABŞ prezidenti 185 ölkəyə gömrük rüsumlarını artırdığını açıqlayıb. Aprelin 9-da isə Tramp ticarət qarşıdurmasında 90 günlük fasilə elan edib. “Atəşkəs” 75-dən çox dövləti əhatə edəcək. Eyni zamanda, Çinə qarşı rüsumlar qüvvədə qalacaq.

//Samir Qurbanov, Editor.az