Dünya mətbuatında bu gün: Diqqətçəkən BAŞLIQLARbackend

Dünya mətbuatında bu gün: Diqqətçəkən BAŞLIQLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5 dekabr 2022-ci il tarixində dünya mətbuatında diqqət çəkən başlıqlar belədir…

Maraqlıdır, dünya mətbuatı bu gün manşetlərə nələri gətirdi?

New York Times | Müharibə sanksiyaları yavaş-yavaş Rusiya iqtisadiyyatını sarsıdır

Rusiyanın Ukraynaya hücumundan bir çoxlarının fikrincə, Qərbin Moskvaya qarşı “tarixin ən koordinasiyalı və dərin iqtisadi sanksiyalarını” tətbiq etməyə başlayandan 9 ay keçir. Sanksiyalar Rusiya iqtisadiyyatının çökməsinə səbəb olmadı və rus işğalını dayandırmadı. Üstəlik, prezident Vladimir Putin ölkə daxilində ciddi təzyiqlə üzləşməyib.

Bununla belə, New York Times sanksiyaların Rusiyanın iqtisadiyyatının və həyat səviyyəsinin hədəflənən Qərb səviyyəsinə çatmasına mane olduğunu bildirib. Vaşinqtonda yerləşən Post-Sənaye Araşdırmaları Mərkəzinin direktoru Vladislav İnozemtsev, “Gəlin işlərin daha da pisləşməsinə mane olaq”,- deyib.

Wall Street Journal | İran Əxlaq Polisini ləğv edir, hicab qanunlarını dəyişdirməyi düşünür

İranın Baş Prokuroru Məhəmməd Cəfər Montazeri bazar günü ölkədə əxlaq polisinin ləğv edildiyini bildirib. Müntəzeri hicab qanunlarının məhkəmə və parlament tərəfindən də araşdırıldığını bildirib. İran prezidenti İbrahim Rəisi, “Konstitusiyanın daha çevik olması üçün tətbiq edilə biləcək üsullar var”,- deyib. Wall Street Journal bəyanatı dəqiqliklə işıqlandırsa da əxlaq polisinə bağlı olan Daxili İşlər Nazirliyi mövzu ilə bağlı açıqlama verməyib, İran dövlət mediası IRNA isə baş prokurorun əxlaq polisi üzərində səlahiyyətinin olmadığını bildirib. Bazar günü prezident İbrahim Rəisi ilə qapalı görüş keçirən millət vəkili Nezaməddin Mosəvi “İdarə xalqın tələblərinə diqqət yetirir” deyərək, əxlaq polisi ilə bağlı iddialara toxunmayıb.

Le Monde | Kiyevdə həyat: qaranlıqda və soyuqda

 

Rusiya Ukraynada başlatdığı müharibədə ölkənin kritik infrastruktur obyektlərini hədəfə alaraq bir çox bölgədə elektrik və istilik problemlərinə səbəb olub.
Ukraynanın paytaxtı Kiyevdə elektrik enerjisinin kəsilməsi əhalini soyuqda və qaranlıqda qoyub. Rusiya ordusunun raketlər və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində Kiyevdə elektrik enerjisinin planlı və ya fövqəladə kəsilməsi davam edir. Qismən də olsa işıq probleminin yaşandığı paytaxtda gecə saatlarına qədər fəaliyyətini davam etdirməyə çalışan kafe, market və ya restoranlar ümumiyyətlə generatorlardan istifadə edir.

Əl-Cəzirə | İranın Baş prokuroru: “Əxlaq polisi ləğv edilib”

Baş prokuror Məhəmməd Cəfər Montazeri, 22 yaşlı Məhsa Əmininin “hicab qaydalarına əməl etmədiyi” səbəbi ilə əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat etməsi ilə başlayan etirazların davam etdiyi İranda əxlaq polisinin ləğv edildiyini açıqlayıb. Ədliyyənin ölkədəki son nümayişləri bütün istiqamətləri ilə qiymətləndirdiyini ifadə edən Muntazeri, Əxlaq Polisi bölməsinin bağlanması ilə bağlı suala belə cavab verdi: “Əxlaq polisinin Ədliyyə ilə heç bir əlaqəsi yoxdur. Əxlaq polisi harada olursa olsunlar bağlandı, keçmişdə qurulmuşdur”,-deyib. İran Polis İdarəsinin nəzdində yaradılan əxlaq polisi ilk dəfə 2006-cı ildə fəaliyyətə başlayıb. İlkin olaraq geyim qaydalarına uyğun olaraq “uyğun olmayan” geyinən qadınlara xəbərdarlıq edən bölmə daha sonra sözügedən qadınları saxlamağa başlayıb.

//Gülnarə Abasova, Editor.az