Dünya müharibəsi başlayır: “Azərbaycan bütün ssenarilərə hazır olmalıdır”- AÇIQLAMAbackend

Dünya müharibəsi başlayır: “Azərbaycan bütün ssenarilərə hazır olmalıdır”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdə də hərbi kampaniyanın başlaması artıq yeni dünya müharibəsi kimi dəyərləndirilir”.

Bunu Editor.az-a politoloq İlyas Hüseynov Serbiya Prezidenti Aleksandr Vuçiçin açıqlaması zamanı Yaxın Şərqdə hərbi münaqişələrin dünya müharibəsi səviyyəsinə yüksələcəyi ilə bağlı qeyd etdiyi fikirlərə münasibət bildirərkən deyib.
İlyas Hüseynov: Bu təxribatın məsuliyyəti Ermənistan rəhbərliyinin  üzərindədir - "İki sahil"

Onun sözlərinə görə, bir çox ekspert artıq müxtəlif ziddiyyətlər olan məkanlarda da yeni dalğanın başlayacağını proqnozlaşdırır:

“İlin əvvəllərində də belə yanaşmalar var idi. Geosiyasi araşdırmalarla məşğul olan şəxslər 20-yə yaxın münaqişə ehtimalını irəli çəkmişdilər. Onlardan biri də məhz Qarabağ ərazində idi. Həmin münaqişədə Azərbaycanın tarixi qələbəsi ilə sonlandı. Bu gün geopolitik mərkəzlər savaş həyata keçirməkdədir. Bu özünü Yaxın Şərq və Şərqi Avropada da göstərir”.

Politoloqun fikrincə, digər dövlətlər isə öz geosiyasi ambisiyasını biruzə vermək seçimi qarşısındadırlar:

“Bu, xoşagəlməz ssenaridir. Artıq müharibələr dövrünə qədəm qoymuşuq. Çünki Yaxın Şərqdə demək olar ki, hər gün dövlətlər müxtəlif ziddiyyətli açıqlamalarla mövqelərini ortaya qoyurlar. Bu da dağıntı və fəlakətlərə gətirib çıxarda bilən reaksiyaları özündə birləşdirir”.

İ.Hüseynov sülh haqqında danışanların demək olar ki, yoxa çıxdığını düşünür:

“Sülh və təhlükəsizlik mesajları müəyyən immitasiya xarakteri daşıyır. Azərbaycan da bütün ssenarilərə hazırlıqlı olmalıdır. Yaxın Şərqdəki münaqişənin uzun müddət davam edəcəyini düşünürəm. Tezliklə kökündən həll etmək mümkün olmayacaq. Müharibənin müddəti genişləndikcə, miqyası da arta, “dünya müharibəsi” adlana bilər”.

//Safura Bənnayeva, Editor.az