Norveçli professor və politoloq Qlenn Dizen xəbərdarlıq edib ki, dünya Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişəyə doğru gedir.
Editor.az xəbər verir ki, müvafiq yazı onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“Biz NATO ilə Rusiya arasında birbaşa müharibəyə yaxınlaşırıq”, – Diesen Ukraynanın pilotsuz təyyarələrin Rusiya neft emalı zavodlarına hücumlarını şərh edərkən yazıb.
Bundan əvvəl britaniyalı siyasətçi və İrs Partiyasının lideri Devid Kurten bildirmişdi ki, Ukrayna NATO-dan Kursk vilayətinin ərazisini işğal etməyə razılıq alıb.
//Gülnarə Abasova, Editor.az