Almaniya kansleri Fridrix Merz deyib ki, dünya Rusiya və Ukrayna arasında “daha uzun” hərbi münaqişəyə hazırlaşmalıdır.
O, Moskvanı danışıqlara getmək istəməməkdə günahlandırıb. Onun fikrincə, döyüşün uzanması da bu səbəbdəndir: “Müharibələr adətən bir və ya hər iki tərəfin iqtisadi və ya hərbi tükənməsi səbəbindən sona çatır və bu müharibədə biz hələ də buna nail olmaqdan çox uzağıq” – deyə Merz Finlandiyanın baş naziri Petteri Orpo ilə birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, Avropa İttifaqı Rusiya-Ukrayna münaqişəsinin həlli üçün 30 günlük atəşkəs təklifini özündə əks etdirən planını hazırlayıb. Avropa ölkələri bu ideyanı aprel ayından fəal şəkildə irəli sürür, lakin Rusiya tərəfi birbaşa danışıqlara və hər iki ölkə hərbi əməliyyatlara son qoymaq üçün konkret planlar təqdim edənə qədər atəşi dayandırmaqdan imtina edib. Fridrix Merz bildirib ki, Kiyev tərəfindən danışıqlarda yeni kompromislər ağılsızlıq olardı. O, həmçinin Çini Avropanın nizamlanma planını dəstəkləməyə çağırıb.
//Samir Qurbanov, Editor.az