Dünya silah nəhəngi Ukraynada fəaliyyət göstərəcəkbackend

Dünya silah nəhəngi Ukraynada fəaliyyət göstərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski baş ofisi Londonda yerləşən, silah istehsalı, təhlükəsizlik və aerokosmik sektorlarda fəaliyyət göstərən “BAE Systems” transmilli şirkətinin nümayəndələri ilə görüşüb.

Editor.az bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti xəbər verib.

“Özəl şirkətlərin belə bir zamanda ölkəmizdə öz ofislərini açmasını çox yüksək qiymətləndiririk. İlk növbədə, bu, xalqımıza, Ukrayna vətəndaşlarına çox mühüm dəstək siqnalıdır”, – Zelenski bildirib.

Onun sözlərinə görə, “BAE Systems” şirkətinin istehsalı olan silahlar, xüsusən L119 və M777 artilleriya sistemləri, CV90 piyada döyüş maşını artıq Ukraynada fəal işləyir, qələbəni yaxınlaşdırmağa kömək edir və Ukrayna hərbçilərindən son dərəcə müsbət rəy alır.

Görüşün yekununda Ukraynanın Strateji Sənaye Nazirliyi ilə şirkət arasında “BAE Systems” silahlarının istehsalının lokallaşdırılması üzrə əməkdaşlıq haqqında saziş imzalanıb.

Həmçinin Ukrayna Müdafiə Nazirliyi ilə “BAE Systems” arasında təmir, ehtiyat hissələri və yeni L119 yüngül silahların istehsalı sahəsində əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.

//Samir Qurbanov, Editor.az