Ukrayna ətrafında baş verən hadisələr, konkret olaraq bugün Zelenski-Tramp görüşündə yaşananlar sübut edir ki, əslində dünya müasir görünüşlü siyasi yırtıcılar tərəfindən cəngəllik qanunları ilə idarə olunur.
Bu baxımdan gərgin geosiyasi reallıqlar fonunda kiçik coğrafiyada və məhdud imkanlarla öz xalqını və ölkəni çoxsaylı təhlükələrdən müdafiə etmək, ləyaqətli siyasət həyata keçirməklə hörmət edilən DÖVLƏT olmağı bacarmaq hamıya qismət olmur.
Azərbaycan belə dövlətlərdən və Cənab Prezident İlham Əliyev məhz belə Liderlərdəndir.
Allah xalqımızı və dövlətimizi qorusun!
P.S. Ukraynanı təslimçi sülhə məcbur edən şərtlərdən və dövlətlərdən imtina edən Zelenski proseslərin necə cərəyan etməsindən asılı olmayaraq, hörmətə layiq lider kimi tarixdə qalacaq.
Fərid Şahbazlı
Siyasi şərhçi