Dünya şöhrətli fransız sosioloqu Alain Touraine 97 yaşında vəfat edibbackend

Dünya şöhrətli fransız sosioloqu Alain Touraine 97 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən önəmli ziyalılarından biri fransız sosioloq Alain Touraine 97 yaşında vəfat edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, sosioloqun qızı Marisol Touraine atasının iyunun 9-da səhər saatlarında Fransanın paytaxtı Parisdə vəfat etdiyini bildirib.

3 avqust 1925-ci ildə anadan olan Touraine Renault avtomobil zavodunda ilk işindən tutmuş “spekulyativ kapitalizmin metamorfozu” ilə bağlı son işinə qədər həmişə dünyada ən çox danışılan sosioloqlardan biri olub. Özünü “ədəbiyyatın yetişdirdiyi son nəslin nümayəndəsi” kimi qələmə verən Touraine yaradıcılığı boyu ictimai və münaqişələr mövzusunda çoxlu əsərlər yazıb.

//Gülnarə Abasova, Editor.az