Dünya şokda: COVİD-19-un yeni dalğası başlayıbbackend

Dünya şokda: COVİD-19-un yeni dalğası başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gündə dünyada təxminən 1,5 milyon yeni koronavirusa yoluxma halı qeydə alınıb. Editor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iyunun 23-nə olan məlumatında deyilir. Belə ki, iyunun 22-də dünya üzrə COVID-19-a 703 min, 23-də isə 733 min yoluxma halı qeydə alınıb.

Yoluxmuş insanların aşkarlanması cədvəlinə əsasən hesab etmək olar ki, planetdə pandemiyanın daha bir dalğası başlayır. ÜST-ün məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 539,1 milyon yeni COVID-19-a yoluxma qeydə alınıb. Ən çox yoluxma halları ABŞ (85,5 milyon), Hindistan (43,3 milyon) və Braziliyada (31,8 milyon) baş verib. Planetin 6,3 milyondan çox sakini koronavirusun qurbanı olub.

Editor.az