Dünya ŞOKda: “Taliban” Əfqanıstanı tutan kimi GÖRÜN NƏ ETDİ – SON DURUM+VİDEObackend

Dünya ŞOKda: “Taliban” Əfqanıstanı tutan kimi GÖRÜN NƏ ETDİ – SON DURUM+VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” yaraqlılarının Kabili tutması haqda xəbərlərdən sonra Əfqanıstan paytaxtının sakinləri kütləvi şəkildə şəhəri tərk edir.

Sosial şəbəkələrdə yayılmış kadrlara əsasən minlərlə avtomobil Kabilin çıxış yollarında uzun tıxaca səbəb olub, habelə bankların qarşısında uzun növbələr var.

Şəhərin qərb hissəsində artıq “Taliban” bayrağı dalğalanır, taliblərin şəhərin yarıdan çoxuna nəzarət etdiyi bildirilir. Hökumət qüvvələri artıq müqaviməti dayandırıb və təslim olur.

“Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbəri Muhammed Sohail Şahin BBC-yə bildirib ki, hərəkat tezliklə Əfqanıstan İslam Əmirliyini elan edəcək. Onun sözlərinə görə, Əfqanıstanda şəriət qaydaları hökm sürəcək.

“Bizim qüvvələrimizə Kabilin girişində dayanmaq və hələlik şəhərə girməmək əmri verilib. Hakimiyyətin dinc yolla təhvil verilməsini gözləyirik.

Şəhər və hakimiyyət Əfqanıstan İslam Əmirliyinə təslim edilməlidir, bundan sonra biz islam hökuməti formalaşdıracağıq”,-“Taliban” nümayəndəsi bildirib.

O, əmin edib ki, yeni hökumət qadınların işləmək və təhsil almaq hüquqlarını tanıyacaq. Habelə qərb qüvvələri ilə əməkdaşlıq etmiş əfqanlara divan tutmayacaq. /Modern.az/