Arktika dənizlərində tapılan tullantıların Avropa çaylarından gəldiyi məlum olub.
Editor.az “CNN Türk”ə istinadən xəbər verir ki, alimlər Arktika ekosisteminin təhlükəsizliyi üçün tullantıların idarəolunmasının zəruriliyinə vurğulayıblar. Geyim liflərindən, avtomobil şinlərindən, kosmetikadan və bir çox başqa materiallardan ibarət olan mikroplastiklər Everest dağının zirvəsindən tutmuş ən dərin okeanlara qədər planetin hər yerində tapılıb. Arktikada da rast gəlinən bu maddələrin mənbəyi indiyədək məlum deyil.
Qeyd edək ki, Norveçdəki Dəniz Tədqiqatları İnstitutundan Mats Huserbratenin rəhbərlik etdiyi “Scientific Reports” jurnalında dərc edilən yeni araşdırma Şimal Buzlu Okeanı, Şimal dənizləri və Baffin körfəzindəki hissəciklərin Avropadan gəldiyini göstərir.
//Editor.az

