Dünya tibbində İLK: Donuz böyrəyi insana köçürüldübackend

Dünya tibbində İLK: Donuz böyrəyi insana köçürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada ilk dəfə olaraq donuz böyrəyi insana köçürülüb. Böyrək transplantasiyası keçirən şəxsin immun sisteminin mənfi reaksiya vermədiyi əməliyyat, orqan nəqli sahəsində çığır aça biləcək yeni bir inkişaf olaraq qiymətləndirilib.

Editor.az xəbər verir ki, “Reuters” də verilən məlumata görə, ABŞ -ın Nyu-York şəhərindəki NYU Langone Health -də edilən dünyada ilk olan bu əməliyyatda toxumalarında insan orqanizminin rədd edəcəyi bir molekul olmayan geni dəyişdirilmiş bir donuzun böyrəklərindən istifadə edilib.

Donuz böyrəyi üç gün bədənin xaricində xəstənin qan damarlarına bağlı şəkildə saxlanıldığı üçün tədqiqatçılar prosesi müşahidə edə biliblər. Transplantasiya edən cərrah Robert Montgomery nəql edilən böyrəyin funksiyalarının “olduqca normal” göründüyünü söyləyib. Montgomery, böyrəyin gözlənilən miqdarda sidik xaric etdiyini söyləyib. Xəstənin böyrək funksiyasındakı problem transplantasiyadan sonra normallaşıb.

Sözügedən əməliyyatın orqan transplantasiyası sahəsində yeni inkişaf mərhələsi olduğu bildirilib. Əməliyyat üçün istifadə edilən donuzu genetik olaraq dəyişdirərək insan bədəninin normal olaraq rədd etdiyi molekul alfa-gal bədənindən çıxarılır.

Heyvanların tibbi əməliyyatlarda istifadəsinin yenidən FDA tərəfindən təsdiqlənməsinin vacibliyi bildirilib.

//Gülnarə Abasova, Editor.az