Dünyaca məşhur reperdən Qədir Rüstəmov paylaşımı – FOTO/VİDEObackend

Dünyaca məşhur reperdən Qədir Rüstəmov paylaşımı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya səviyyəli reper Snup Doq “Instagram” hesabında mərhum Xalq artisti Qədir Rüstəmovla bağlı paylaşım edib.

Editor.az xəbər verir ki, sənətçi 15,5 milyon izləyicisi olan “Clips” adlı səhifənin paylaşımını öz “Hekayə” bölümündə yerləşdirib.

“Ay Zaur” proqramından olan arxiv görüntülərdə Qədir Rüstəmov muğam oxuyur. Həmçinin videoda 2017-ci ildə vəfat edən Xalq artisti Qəndab Quliyeva və aparıcı Zaur Kamal da görünür.

Qeyd edək ki, Qədir Rüstəmov 2011-ci ildə vəfat edib.