Dünyada bir balıq növü yox olurbackend

Dünyada bir balıq növü yox olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəniz Mühafizəsi Cəmiyyətinin (MCS) məlumatına görə, əvvəllər davamlı növ hesab edilən Atlantik skumbriyası, həddindən artıq balıq ovu səbəbindən indi nəsli kəsilmək təhlükəsi altındadır.

Editor.az bu barədə The Guardian qəzetinə istinadla xəbər verir.

Qəzetin yazdığına görə, bu balığın ehtiyatları hazırda kritik həddədir. 2009-cu ildən bəri bir çox ölkələr, o cümlədən Norveç, İslandiya, Farer adaları və Böyük Britaniya balıq ovu qaydalarını 5-80% pozub. Son dörd ildə orta hesabla 39 faizlik profisit yaranıb.

MCS sözçüsü Alice Moore insanlara skumbriya əvəzinə siyənək və sardina yeməyi tövsiyə edib.

//Gülnarə Abasova, Editor.az