Panama prezidenti Xose Raul Mulino Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən sonra ölkədə Ukrayna səfirliyinin açılacağını vəd edib.
Editor.az xəbər verir ki, bu barədə Panama lideri X sosial şəbəkəsindəki səhifəsində yazıb. Panama Zelenskini dəstəklədiyini vurğulayayıb :”Bu ölkənin Panamada səfirliyini açaraq Ukrayna ilə qardaşlıq əlaqələrini gücləndirəcəyik”.
Daha əvvəl bildirilmişdi ki, Çinin xarici işlər naziri Vanq Yi Ukrayna prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışına qatılmayıb, daha aktual beynəlxalq məsələləri müzakirə etmək üçün Rusiya xarici işlər naziri Sergey Lavrovla şəxsi görüşə üstünlük verib.
//Gülnarə Abasova, Editor.az