Dünyada ən baha və ən ucuz benzin hansı ölkələrdədir?backend

Dünyada ən baha və ən ucuz benzin hansı ölkələrdədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Analitiklər benzinin ən yüksək və ən aşağı qiyməti olan ölkələri aşkar ediblər. Məlumat fevralın 3-nə olan “Global Petrol Prices” analitik resursuna əsaslanır.

“Visual Capitalist”in yeni infoqrafikası benzinin İranda ən ucuz olduğunu göstərir. Burada qiymət qallon üçün 0,11 dollar (litr üçün təxminən 0,03 dollar) olub. İslam Respublikasında benzinin aşağı qiyməti inkişaf etmiş neft və neft emalı sənayesi ilə izah olunur.

Ən bahalı benzin isə Honq-Konqdadır. Xüsusi inzibati bölgənin sakinləri yanacağı bir qallon üçün 12,90 dollara (litr üçün 3,41 dollar) verirlər. Fakt budur ki, Honq-Konqun öz qalıq yanacaq istehsalı yoxdur. Bundan əlavə, ənənəvi olaraq dünyanın ən bahalı şəhərləri siyahısına daxil edilir.
Norveçdə benzinin yüksək qiyməti yüksək vergilərlə bağlıdır (neft-qaz kompleksi ənənəvi olaraq Norveç iqtisadiyyatının əsasını təşkil edir). Rusiya benzinin ən ucuz olduğu ölkələr arasında 11-ci yerdə qərarlaşıb: ruslar orta hesabla bir qallon üçün 2,28 dollar (litr üçün 0,6 dollar) ödəyirlər. Çində yanacaq xeyli bahadır, burada qiyməti gallon üçün 4,40 dollar təşkil edir.

//Samir Qurbanov, Editor.az