Dünyada ən çox cinayətlərin baş verdiyi şəhər hansıdır?- Maraqlı faktlarbackend

Dünyada ən çox cinayətlərin baş verdiyi şəhər hansıdır?- Maraqlı faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Kolima şəhəri 2022-ci ildə hər 100.000 nəfərə 181,94 qətl hadisəsi ilə dünyada ən yüksək cinayət nisbətinə malik 50 şəhərdən birincisi olaraq qeydə alınıb.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, Meksika 6 ildir ki, dünyanın ən təhlükəli şəhərlərinə ev sahibliyi edir. Əhalisinin 300 mindən çox olduğu və cinayət nisbətinin yüksək olduğu 50 şəhərin yer aldığı hesabatda Meksikadan 17 şəhər yer alıb. Ölkədə fəaliyyət göstərən cinayətkar təşkilatların əməllərinə göz yumduğu və bununla da cinayət təşkilatlarına məkan açdığı iddia edilən mövcud hakimiyyət tənqid edilib: “Cinayətkarlara zorakılığı sərbəst şəkildə qəbul etməyə və bunu açıq şəkildə etməyə imkan verən ictimai təhlükəsizlik siyasətini həyata keçirən başqa heç bir milli hökumət yoxdur”.

Qeyd olunan cinayətlərə qarşı tədbir görən ölkələrdə nəzərəçarpacaq irəliləyişlərin əldə edildiyi vurğulanaraq keçmişdə ən çox zorakılığın törədildiyi ölkələr olan Salvador və Qvatemalanın təsirli tədbirlərlə qətl nisbətlərini azaltdığı bildirilib.

//Gülnarə Abasova, Editor.az