Dünyada ən çox siqaret çəkilən ölkələr açıqlanıbbackend

Dünyada ən çox siqaret çəkilən ölkələr açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, Rusiya dünyada ən çox siqaret çəkən ölkələr arasında 19-cu yerdədir. Nauru və Serbiya ən çox siqaret çəkən ölkələr hesab olunur.

Editor.az ÜST-nin məlumatına istinadla xəbər verir ki, Rusiyada 15 yaşdan yuxarı hər dörd nəfərdən biri (26,7%) siqaret çəkir. Maraqlıdır ki, bu göstərici ötən illə müqayisədə (27,4%) azalıb. Rusiyada siqaret çəkənlərin sayının 2025-ci ilə qədər 26,5%-ə, 2030-cu ilə qədər isə 25,6%-ə qədər azalacağı proqnozlaşdırılır.

Statistikalar da göstərir ki, Rusiyada kişilər qadınlara nisbətən bu asılılığa daha çox həssasdırlar. Ölkənin siqaret çəkmə reytinqi yalnız kişilər arasında tərtib edilsəydi, Rusiya 12-ci, yalnız qadınlar arasında isə 39-cu yerdə olardı. Nauru, Serbiya və İndoneziya sakinləri ən aktiv siqaret çəkənlərin ilk üçlüyünə daxildir. Rusiyanın siqaret çəkən ən yaxın qonşuları Macarıstan (17-ci yer) və Yunanıstandır (18-ci yer). Bu ölkələrdə 15 yaşdan yuxarı əhalinin müvafiq olaraq 27,3%-i və 26,9%-i siqaret çəkir. Ukrayna 44-cü (20,8%) və Belarus 36-cı (22,4%) yerdədir.

//Gülnarə Abasova, Editor.az