Dünyada ilk dəfə: İsrail zabiti İnstaqramda qazandığı mükafatın sayəsində aviaqəzada sağ qalıbbackend

Dünyada ilk dəfə: İsrail zabiti İnstaqramda qazandığı mükafatın sayəsində aviaqəzada sağ qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Taleyin hökmü ilə Hayfa şəhəri yaxınlığında baş vermiş helikopter qəzasında yeganə sağ qalan Ron Birmanın üstündə sukeçirməyən smartfon olub
Editor.az xəbər verir ki, Hayfa şəhəri yaxınlığında baş vermiş hərbi helikopter qəzasının sirri, nəhayət, açılıb: yanvarın 13-də qəzanın və iki pilotun həlak olmasının səbəbləri barədə aralıq hesabat dərc edilib. Hesabatda ekipajın saniyəbasaniyə hərəkətləri, həmçinin yeganə sağ qalan kapitan Ron Birmanın xilas olması şəraiti təsvir edilir.
Onun iki yoldaşı, polkovnik-leytenant Erez Saxyani və maor Xen Fogel həlak olub.
Aviaqəza zamanı sıradan çıxmayan yeganə elektron vasitəsi olan yeni smartfon Ronu xilas edib. Rom bu smartfonu İnstaqramda keçirilən müsabiqədə udub.
“Görünür, məhz telefon Rona sağ qalmağa və xilasetmə xidmətlərini çağırmağa imkan verib”, – bunu kapitanın dostlarından biri deyib.
Ron yanan helikopterin düşdüyü dənizin qaranlığında aşkar edilib.
Xayfa şəhərinin “Rambam” xəstəxanasına yerləşdirildikdən sonra Ron onu ziyarət etməyə gələn İsrailin müdafiə ordusunun Hərbi-Hava Qüvvələri komandanı general-mayor Amikam Norkin və baş qərargah rəisi Aviv Koxaviyə deyib ki, helikopter suda batandan sonra şəxsi telefonundan istifadə edib. O, Hərbi-Dəniz Qüvvələri 3-cü donanmasının komandirinə və təcili yardıma ( 100 nömrəsinə)  zəng edib, həmçinin öz sevgilisi Mariyaya Votsapla “Mən sağam” mesajını göndərib.
Hayfa şəhəri “Vitso” akademik kollecinin tələbəsi olan Mariya bunları danışıb: “Həmin axşam mən xəbərlərə o qədər də baxmırdım. Baş verənlər barəsində ordudan aldığım telefon zənfindən öyrəndim. Mənə dedilər ki, Ron sağdır, amma hələlik mənimlə danışa bilmir. O, yalnız komandirlə əlaqə saxladıqdan sonra mənə mesaj göndərib.
Kapitan Birmanı xilas edən telefonun tarixçəsi başqa bir mövzudur.
“3 ay əvvəl şənbə günü Ron növbədə olub, – Mariya danışır. -Adətən şənbə günləri asudə vaxtlarında cavan oğlanlar maraqlı videoçarxlar çəkməklə əylənir. Ron gəmi aşpazını təsvir edən video çəkib”.
Bir müddət keçəndən sonra Ron öyrənib ki, sərinləşdirici içkilər üzrə iri bir şirkət İnstaqramda “Fanta Zero istedadlar axtarır” adı altında zarafat xarakterli müsabiqə keçirir.
“Yeni içkinin satışı yenicə başlayanda ən gülməli videoçarx üçün müsabiqə elan edilib, onun iştirakçıları sanki istedadın olmamasını nümayiş etdirir, – Mariya deyib. – Ronun uğursuz aşpazı təsvir etdiyi vidroçarx müsabiqədə birinci yer qazanıb və Ron qalib olub. O, mükafat olaraq sukeçirməyən iPhone 12 Pro Max telefonunu və AirPods Pro qulaqcılarını qazanıb.
Sonradan bəlli olub ki, bu smartfon həqiqətən sukeçirməzdir”.
“Atalef” helikopterində məşq uçuşu zamanı kapitan Birman pilotların arxasında əyləşib və onların hərəkətlərini koordinasiya edib. Yeni telefon onun zirehli jiletinin cibində olub.
Bazaya qayıdanda helikopter qəflətən radarlardan itib. Yanvarın 13-də məlum olub ki, 750 metr yüksəklikdə helikopterin mühərrikində yanğın baş verib, tüstü kabinaya keçib. Pilotlar mürəkkəb vəziyyətə düşüb, üstəlik, hava tutqun olub, çünki qəza axşam saatlarında baş verib.  Pilotlar cəmi bir neçə saniyə ərzində qərar qəbul etməli idi. Müəyyən edilib ki, qəzadan 2 dəqiqədən sonra helikoter suya düşüb. Ekipaj soyuqqanlı və təlimata uyğun olaraq hərəkət edib: yanğınsöndürmə sistemini işə salıb, elektrik qidalama sxemlərinin bir hissəsini söndürüb, suya qəza enişi  sistemini işə salıb, bu da helikopterin müəyyən müddətə suyun üzərində qalmasını təmin edir.
Lakin dənizdə helikopter burulğana qərq olub. Ron tamamilə qaranlıqda suya tullana bilib. O, əmin idi ki, yoldaşları da batan helikoterdən çıxa biliblər. Onların yanında olmadığını yəqin etdikdən sonra o, bir neçə dəfə suyun dərinliyinə baş vurub, təyyarəçiləri kabinadan çıxarmağa cəhd edib. Nəticədə o, cibindən müsabiqədə udduğu telefonu çıxarıb və 3-cü donanmanın komandirinə zəng edib. Komandir ona qüvvələrini səfərbər etməyi tövsiyyə edərək tezliklə xilasedicilərin gələcəyini söyləyib. Bundan dərhal sonra Ron polisə zəng edərək, baş vermiş helikoter qəzası barədə məlumat verib və sevgilisinə yazılı mesaj göndərib.
Amma bununla kapitan Birmanın ayfon tarixçəsi bitmir. Telefonun balaca  fənərinin köməyilə zabit dəniz polisinə siqnallar göndərməyə başlayıb və onu ilk olaraq elə dəniz polisi aşkar edib.
Kapitan orta ağır dərəcədə və bel fəqərəsinin sınığı ilə sahilə çatdırılıb. Xilasetmə əməliyyatında həmçinin sualtı dalğıclar bölməsinin və Hərbi-Dəniz Qüvvələrinin 3-cü donanmasının döyüşçüləri iştirak edib.
Onlar həlak olan təyyarəçilərin cəsədlərini aşkar ediblər.
“Həlak olan zabitlər Ronun yaxşı dostları idi, – anası Marina danışıb.- Onların həlak olması onun üçün çox ağır oldu”.
Xəstəxanadan çıxandan sonra Ron ilk olaraq həlak olan dostlarının ailələrini ziyarət edib.
Onun həyatını xilas edən ayfon isə indi də fasiləsiz işləyir.
Moderator.az