Dünyada İsrial silahlarına tələbat artıbbackend

Dünyada İsrial silahlarına tələbat artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra İsrail silah ixracını artırıb.

Editor.az bildirir ki, bunu İsrail Müdafiə Nazirliyinin jurnalistin sorğusuna cavab olaraq təqdim etdiyi məlumatlar sübut edir. Belə ki, 2020-ci ildə İsraildən silah alan ölkələrin sayı 42 olduğu halda, hazırda 61 ölkənin İsrail istehsalı olan müxtəlif silah və sursatların alınması ilə bağlı müraciəti təsdiqlənib. O cümlədən, pilotsuz uçuş aparatlarının ixracına iki il əvvəlki 40 icazə ilə müqayisədə 56 icazə verilib.

Bundan əlavə, smart və kiber sistemlərin alınması üçün 2020-ci ildəki 67 əvəzinə 83 icazə verilib. İsrail hökuməti müdafiə təyinatlı məhsulları almaq üçün hansı ölkələrin icazə aldığını açıqlamır. Amma alıcılar arasında Almaniyanın da olduğu məlumdur. Keçən həftə Təl-əviv tarixində ən böyük hərbi ixrac müqaviləsi imzalanıb.

Berlinə 4 milyard dollar dəyərində “Arrow 3” hava hücumundan müdafiə sistemi tədarük edilib. “Bloomberg”in qeyd etdiyi kimi, İsrail silahlarına tələbatın nəzərəçarpacaq dərəcədə artması Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədardır. Lakin İsrail regionda son vaxtlar hərbi satışlarının artdığı yeganə ölkə deyil. Türkiyənin pilotsuz uçan aparatlarının ixracı da durmadan artıb və bu, ona Yaxın Şərqdə və onun hüdudlarından kənarda daha böyük siyasi təsir gətirib.

//Samir Qurbanov, Editor.az