Dünyada koronavirusla bağlı son statistikabackend

Dünyada koronavirusla bağlı son statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada son sutka ərzində 478 614 nəfər koronavirusa yoluxub, 10 124 nəfər ölüb.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 116 135 492 yoluxma hadisəsi, 2 581 976 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 52 faizdən çoxu Şimali və Cənubi Amerikanın (251 483) payına düşür. Digər yerləri isə Avropa (154 926) ilə Cənub-Şərqi Asiya (30 332) bölüşür.