“Dünyada neft qiymətləri üçün İsrail-Fələstin münaqişəsi fonunda 3 ssenari söyləmək olar”-ŞƏRHbackend

“Dünyada neft qiymətləri üçün İsrail-Fələstin münaqişəsi fonunda 3 ssenari söyləmək olar”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada neft qiymətləri üçün İsrail-Fələstin münaqişəsi fonunda 3 ssenari söyləmək olar”.

Bu fikri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, hər 3 ssenari üçün qiymətlərə diqqət çəkib:

“a)95-105 $, b)105-120 $, c)120-150 $. İsrailin rəsmən müharibəni bəyan etməsi “b” senarisini daha gözlənilən edir. Lakin proseslərə Səudiyyə Ərəbistanın da qatılacağı təqdirdə üçüncü ssenari gözləniləndir. Hətta ABŞ-ın müdaxiləsi vəziyyəti daha da kritik həddə çatdıra bilər və neft tarixinin ən yüksək səviyyəsinə qədər bahalaşa bilər. Çünki nefti 121 dollara çatdıran səbəb onu 150 və daha yuxarı səviyyəyə yüksəldə bilər”.

//Gülnarə Abasova, Editor.az