Dünyada ötən sutka koronavirusa 496 mindən çox yoluxma qeydə alınıbbackend

Dünyada ötən sutka koronavirusa 496 mindən çox yoluxma qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 496 mindən çox artıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 496 206 nəfər yeni koronavirusa yoluxub, 12 933 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 94 963 847, ölənlərin isə 2 050 857 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.