“Dünyada və regionda baş verən proseslər Ermənistanı da öz siyasətində redaktələr etməyə məcbur edir”- ŞƏRHbackend

“Dünyada və regionda baş verən proseslər Ermənistanı da öz siyasətində redaktələr etməyə məcbur edir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ermənistan öz xarici siyasət strategiyasında müəyyən mənada ehtiyatlı davranmağa məcburdur. Çünki regionda və dünyada baş verən proseslər bunu tələb edir”.

Bunu Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, İranda yeni prezidentin seçilməsi Ermənistanda neqativ qarşılanıb:

” Çünki İranın yeni prezidenti Məsud Pezeşkian Azərbaycan kökənlidir və türk olduğunu gizlətmir. Eyni zamanda,  Fransada Emmanuel Makronun növbədənkənar parlament seçkilərinə getməsi onu göstərir ki, Avropada ümumi anlamda siyasi cərəyanlar dəyişir, solçular sağçılar hakimiyyətə gəlir, müxtəlif istefalar baş verir və  məhz sağçı Marin Le pen uzun müddətdir ki, Makronla mübarizə aparır. Seçkilərdə Makronun uduzması solçularla hakimiyyəti bölüşməyə məcbur olması Ermənistanı da müəyyən mənada düşünməyə vadar edir.

Ermənistan da öz siyasətində redaktələr etməyə məcbur olur. Vaxtilə Rusiya-Ukrayna müharibəsində Rusiyanın məğlubiyyəti arzusu ilə yaşayan, Türkiyədə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın məğlubiyyətini istəyən Ermənistan bu gün regionda əsas tərəfdaşlarından biri olan İran ilə münasibətlərə yenidən baxır. Silah-sursat, təchizat nöqteyi nəzərdən Fransada da artıq siyasi proseslər elə cərəyan edir ki, Ermənistan orada heç də prioritet hesab olunmur. Çünki bütün məsələlər daxili siyasətə yönəlmiş olur. Ona görə də Ermənistan üçün ən uyğun variant ona təklif edilən sülh planını dəstəkləmək, Azərbaycanın şərtlərini qəbul etmək, Konstitusiyasında dəyişikliklər edilməsi və bütün tələblərin qeyri-şərtsiz icrasını həyata keçirərək sülhə imza atması ən doğru seçimdir”.

//Gülnarə Abasova, Editor.az