Dünyada vəziyyət çox ağırdır – Polşa Müdafiə Nazirliyinin rəhbəribackend

Dünyada vəziyyət çox ağırdır – Polşa Müdafiə Nazirliyinin rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada vəziyyət çox ağırdır – Polşa Müdafiə Nazirliyinin rəhbəri

Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış bildirib ki, Ukraynadakı hərbi əməliyyatlar da daxil olmaqla, dünyada çox ciddi vəziyyət yaranıb. O, ən pis ssenarilərə hazırlaşdığını bildirib.

Editor.az bildirir ki, bu barədə o, “Super express”ə müsahibəsində deyib. Nazirin sözlərinə görə, Qırmızı dəniz və Sakit okean regionlarında da vəziyyət ciddidir. Kosiniak-Kamış qeyd edib ki, hər bir ssenariyə hazır olmaq üçün Polşa hakimiyyəti “nəticələr çıxarır və boşluqları doldurur, o cümlədən silahlarla”.

“Mən hər bir ssenarini qəbul edirəm və ən pisini ciddiyə alıram. Bu, müdafiə nazirinin bu gün düşdüyü situasiyada roludur və küləyə atılan sözlər deyil. Onları çox diqqətlə ölçüb-biçməyə çalışıram… Dünyada vəziyyət çox ağırdır”, – nazir deyib.

//Samir Qurbanov, Editor.az