“Əslində, regionda və dünyada baş verən hərbi-siyasi proseslər bu və ya digər şəkildə bir-birinə təsir edir. Çünki istənilən qarşıdurma müəyyən təhdid və risklər yaradır”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Millət vəkili İsrail-İran qarşıdurmasının Azərbaycan-Ermənistan münasibətlərinə təsirinə də diqqət çəkib:
“Bu, indiki vəziyyətdə mümkün görünmür. Sülh müqaviləsinin yubanmasının əsas səbəblərindən biri Ermənistanın irəli sürülən şərtlər ətrafında manipulyasiya etməsidir. Rəsmi Bakı Ermənistandan Konstitusiyanın dəyişdirilməsini tələb edir. Ermənistan isə geosiyasi şərtlərin dəyişəcəyinə ümid edir. Məsələ burasındadır ki, İran-İsrail qarşıdurması geosiyasi vəziyyəti dəyişsə belə, bu, Ermənistanın xeyrinə olmayacaq.
Dəhliz məsələsinə gəlincə, görünən odur ki, Ermənistan bu mövzuda daha çox narahatdır. Onlar hadisələrin gedişindən asılı olaraq İranın timsalında dəstəkçilərini itirəcəklərindən narahatdırlar. Hesab edirəm ki, Yaxın Şərqdə hadisələr daha gərgin fazaya keçsə, yeni bazarlara çıxmaq üçün Zəngəzur dəhlizinin açılması daha çox aktuallıq kəsb edə bilər. Çünki Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutudur”.
//Gülnarə Abasova, Editor.az

