Dünyada yoluxma sayı sürətlə artır: Azərbaycanı nələr gözləyir?-AÇIQLAMAbackend

Dünyada yoluxma sayı sürətlə artır: Azərbaycanı nələr gözləyir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk əvvəl Çində koronavirusa yoluxma  sayında artıma səbəb olan faktlar araşdırılmalıdır. Çünki bu artımın bizim ölkəyə nə qədər təsir edəcəyi hər kəsi düşündürür. Bununla əlaqədar əsas məqamlardan biri kimi koronavirusun yeni variantının ortaya çıxıb-çıxmaması və yoluxmanın artdığı ölkə ilə gediş-gəlişimizin nə dərəcədə olması nəzərə alınır”.

Bu fikirləri Editor.az-a açıqlamasında həkim-infeksionist  Nicat Əzimli deyib.

Həkim bildirib ki, Çində yoluxma sayının artmasının ən başlıca səbəblərindən biri koronavirusun yeni yaranmış “Omicron” variantıdır:

“Bu da təkcə Çində yox,  bir çox ölkələrdə geniş yayılıb. Ancaq hesab edirəm ki, bu variantın yalnız Çində deyil, bütün dünyada yayılması artımın Azərbaycandakı koronavirusla bağlı vəziyyətə kəskin təsirinin olmayacağını deməyə əsas verir. Digər cəhətdən Çində koronavirusa yoluxma sayında artım nə qədər çox olsa belə nəzərə almaq lazımdır ki, Çin Azərbaycanla gediş-gəlişi çox olmayan ölkələrdəndir. Ona görə də oradakı vəziyyətin Azərbaycana birbaşa təsiri gözlənilmir”.

İnfeksionistin sözlərinə görə, hal-hazırda dünyada bir çox ölkələrdə koronavirusa yoluxma sayında artım müşahidə olunur:

” Payız-qış mövsümündə tənəffüs yolu viruslu infeksion xəstəliklərin sayında artımım olması təbiidir. Nəzərə almaq lazımdır ki “COVİD-19″ da bu xəstəliklərdən biridir. Ona görə də təkcə Çində yox, bütün dünyada yoluxmalarda artım müşahidə olunur. Panikaya ehtiyac yoxdur, sadəcə hər zamankı kimi sanitariya-gigiyena qaydalarına əməl etmək lazımdır”.

//Gülnarə Abasova, Editor.az