ÜST Baş Katibi: Dünya yeni bir Covid-19 dalğasının ilk mərhələsinə qədəm qoyubbackend

ÜST Baş Katibi: Dünya yeni bir Covid-19 dalğasının ilk mərhələsinə qədəm qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiya və ilk peyvəndlərin təsdiqlənməsindən bu yana 7 ay keçib. İndi isə Covid-19 infeksiyaları və ölümləri çoxalıb. Yeni bir dalğanın başlanğıc mərhələsindəyik”.

Editor.az-ın “Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş katibi Tedros pandemiya səbəbindən bu il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimindən əvvəl Tokioda Beynəlxalq Olimpiya Komitəsi üzvlərinə müraciət edərkən deyib.

“Pandemiya bir sınaqdır və dünya bu sınaqla bağlı uğursuzdur” deyən Tedros, bütün ölkələrin xəstəliyi nəzarət altına alana qədər qlobal təhlükənin davam edəcəyini vurğulayıb. Peyvəndləri asan əldə edə bilən ölkələr açılarkən virusun yayıldığı ölkələrin bağlanmasına məsələsinə toxunan ÜST baş katibi peyvəndlərin bölüşdürülməsində, sınaqdan keçirilməsində və tətbiq edilməsində qlobal uğursuzluğun artması pandemiyanın inkişafına təkan verəcəyini bildirib:

“Dünyadakı peyvəndlərlə bağlı qarşıdurmanın arxasında dəhşətli bir ədalətsizlik durur. Bu, mənəvi bir rəzalətin yanında, epidemioloji və iqtisadi cəhətdən də özünü məğlub edən bir şeydir.”

Pandemiyanın nə qədər uzun sürəcəyi, daha çox sosial-iqtisadi qarışıqlıq gətirəcəyi xəbərdarlığını edən Tedros, ən inkişaf etmiş iqtisadiyyatları peyvəndləri paylaşmağa, aşılara çıxış əldə etmək üçün qlobal səyləri maliyyələşdirməyə və peyvənd istehsalının artmasına təşviq etməyə çağırdı.

Qeyd edək ki, Tokioda yoluxma sayının artması qarşısında Yaponiya bu ay yenidən fövqəladə vəziyyət elan etməyə və tamaşaçıların Olimpiadalara getməsinə qadağa qoymağa qərar verdi.

//Gülnarə Abasova, Editor.az

Loading...