Dünyanın aparıcı siyasət və elm adamlarının qatıldığı beynəlxalq konfransda 44 günlük Qarabağ savaşı barədə danışılıbbackend

Dünyanın aparıcı siyasət və elm adamlarının qatıldığı beynəlxalq konfransda 44 günlük Qarabağ savaşı barədə danışılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 17-də Türkiyənin Vətən Partiyasının təşkilatçılığı ilə beynəlxalq onlayn konfrans baş tutdu. “Yeni Beynəlxalq Düzən Sempozyumu” (“New International Order Symposium”) 6 qitədən, 24 ölkədən 38 natiqi bir araya gətirmişdi.

Çıxışçılar arasında Türkiyənin Vətən Partiyasının lideri Dr. Doğu Perinçek, Çindəki Fujian Normal Universitetindən Prof. Lu Baolin, Asya-Pasifik Komitəsindən avstraliyalı Peter Woods, Pakistanlı senator Mushahid Hussain Sayed, Vətən Partiyası Beynəlxalq Əlaqələr Bürosunun rəhbəri Prof. Dr. Semih Koray, Rusiyanın tanınmış siyasət adamı Aleksandr Dugin, Moskva Dövlət Universitetinin müəllimi Dr. Mehmet Perinçek və digərləri yeni dünya quruluşu barədə maraqlı çıxışlar etdilər.

Azərbaycandan bu beynəlxalq konfransa qatılan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Dr. Əhməd Şahidov 44 günlük Qarabağ müharibəsi və ondan sonrakı dövrü analiz edərək, imperialist ölkələrin ikiüzlü siyasəti barədə geniş məruzə ilə çıxış etdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini bildirən Əhməd Şahidov bu məsələdə qardaş Türkiyənin dəstəyini xüsusilə qeyd edərək, beynəlxalq hüququn normalarının yerinə yetirilməsində bir sıra ölkələrin ədalətli mövqe tutduğunu, ABŞ, Fransa kimi Qərb ölkələrinin isə işğala dəstək olduqlarını və beynəlxalq hüququ heçə saydıqlarını konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Loading...