Dünyanın bütün silahları və pulları verilsə belə, Ukrayna Rusiyanı məğlub edə bilməyəcək – Slovakiyanın baş naziribackend

Dünyanın bütün silahları və pulları verilsə belə, Ukrayna Rusiyanı məğlub edə bilməyəcək – Slovakiyanın baş naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bütün silahları və bütün pulları Ukraynaya verilsə belə, Rusiyanı hərbi cəhətdən məğlub edə bilməyəcək.

Editor.az bildirir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko “Pravda” qəzetinə müsahibəsində bildirib.

O, münaqişənin hərbi yolla həlli perspektivinə inanmadığını vurğulayıb, həmçinin Slovakiyanın Ukraynaya silah tədarük etməyəcəyini bir daha bildirib.

“Biz Ukraynaya hərbi deyil, mülki və humanitar yardım göstərməklə kömək etməyə hazırıq… Ukraynanın vəziyyəti hərbi yolla düzəltmk üçün kifayət qədər gücü yoxdur və heç bir əks-hücum etmək iqtidarında deyil… 2024-cü ildə görəcəksiniz ki, Rusiya bu münaqişənin həlli şərtlərini diktə etməyə başlayacaq”, –Fiko bildirib.
Xatırladaq ki, Robert Fiko oktyabr ayında Slovakiya hökumətinin başına keçib.

O və Macarıstanın Baş naziri Viktor Orban AB fondundan Ukraynaya 50 milyard avroluq yeni yardım paketinə qarşı çıxıblar, nəticədə heç bir maliyyələşdirmə razılaşdırılmayıb.

Noyabrın əvvəlində Slovakiya hökuməti əvvəlki kabinet tərəfindən təsdiqlənmiş 40,3 milyon avroluq hərbi yardımın Kiyevə köçürülməsinə də mane olub. Slovakiya hakimiyyəti də Ukraynanın Aİ və NATO-ya daxil olmasına qarşı çıxır.

//Samir Qurbanov, Editor.az