“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola hücumçu Erlinq Haalandın zədə səbəbindən 5-7 həftə meydanlardan uzaq qalacağını bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Klubun mətbuat xidməti futbolçunun açıqlamalarını belə çatdırıb:
“Həkimlər mənə dedilər ki, o, 5-7 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ümid edirəm ki, o, mövsümün sonuna və Klublararası Dünya Çempionatına qədər hazır olacaq”, – Qvardiola deyib.
Haaland bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 40 matçda iştirak edib, 30 qol vurub və 4 qola imza atıb. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 200 milyon avrodur.
İngiltərə Premyer Liqasının (APL) cari mövsümündə “Mançester Siti” 29 həftədə topladığı 48 xalla 5-ci pillədə qərarlaşıb. “Liverpul” 70 xalla liqanın zirvəsindədir.
//Gülnarə Abasova, Editor.az