Dünyanın ən bahalı heyəti hansı futbol klubundadır?backend

Dünyanın ən bahalı heyəti hansı futbol klubundadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın məşhur “Marca” nəşri dünyanın ən bahalı idmançı siyahısına sahib olan futbol klublarının reytinq cədvəlini dərc edib. Editor.az xəbər verir ki, siyahıda lider Premyer Liqa çempionu “Mançester Siti” klubudur. Onun tərkibinin dəyəri təxminən 1,38 milyard avrodur. Onun ən yaxın rəqibi 1,28 milyard avro ilə “Real Madrid” klubudur.

“Real Madrid” komandasının 180 milyon avro dəyərində üç futbçusu, “Qızıl top”u qazanmaq üçün iki favorit oyunçusu var.

“Mançester Siti”nin də dəyəri 100 milyon avrodan çox olan cəmi üç oyunçusu var.

//Samir Qurbanov, Editor.az